Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2020 10:00

"Azərbaycan Ordusu" qəzeti № 23 (2441)

Böyük Qələbəyə gedən yol

Səhərdir... Havada qəribə sakitlik hökm sürür. Bu sakitlik sanki Novruzun müjdəçisidi. Əsrlərin dərinliyindən bu günümüzə gəlib çıxan ən gözəl bayramlardan biri də Novruz bayramıdır. Xalqımız bu bayramı xüsusi təmtəraqla qeyd edir. Novruzu qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir...davamı



Şamaxıda mart qırğınları

Azərbaycan torpaqlarında "Böyük Ermənistan" dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına görə Şamaxı qırğınları ayrıca yer tutur.

1918-ci il mart ayının ikinci yarısında Bakıdan 3 minədək erməni qoşununun silah və sursatla Şamaxıya doğru hərəkət etdiyi barədə məlumatlar gəlir...davamı



Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı...davamı



“Vətənə xidmət etmək qürurludur”

Azərbaycan əsgəri ilə görüşə gedirik. Yolumuz səngərədi. Uzun yolun sonunda Vətən müdafiəçilərinin yanına çatırıq. Şəxsi heyətlə və bölmənin şəraiti ilə tanış olduqdan sonra hərbi xidmətdən ehtiyata buraxılmağa sayılı günləri qalan əsgərlərlə həmsöhbət oluruq. Ordu həyatının gənclərə aşıladığı mənəvi keyfiyyətləri, müstəqil həyata təzəcə qədəm qoyan gəncin hərbi xidmətdə necə formalaşdığı və hansı vərdişlərə yiyələnməsi haqqında düşüncələrini onların öz dilindən öyrənirik. Hər biri bölmədə yaradılan şəraitdən razılıq etdilər...davamı



Dağlarda bir qartal uçuşu gördük!..

Dağları hamı sevir. Dağlar gözəldi, ecazkardı, duruşuna, vüqarına hamı vurulur...

Dağların gözəlliyini əllərin dağın daş əllərinə toxunanda daha gözəl duyursan.

Dağlar heyranlıq ünvanıdı - qışda qar çiçəklərinə, yazda gül-çiçəklərinin lə-çəklərinə heyran olursan. Bu heyranlığın ömrü uzun olur...davamı



Biz Vətənin xidmətindəyik, siz də Vətən üçün evdə qalın!

Tarixdə zaman-zaman neçə-neçə dövləti, minlərlə insanı məhv edən vəba, taun kimi bir çox epidemiyalar olub. Belə epidemiyalarla mübarizə bəzən kortəbii, bəzən türkəçarə yollarla aparılıb. Təbabət inkişaf etdikcə epidemiyalara qarşı mübarizə də nisbətən asanlaşıb. Mənşəyi məlum olan epidemiyalarla mübarizə bir qədər asan olub. Bəşəriyyət belə bir bəla ilə 2020-ci ildə də üzləşdi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı