Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2019 10:05

"Azərbaycan Ordusu" qəzeti 22 iyun 2019-cu il №48 (2365)

“Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir”

Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Bu fikri iyunun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşdə bildirib. Bu əminlik ordunun gücünün, qüdrətinin dövlətə, dövlətçiliyə sədaqətinin əminliyidir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar ilk demokratik hökumətin ordusunu yaratmasına hüquqi əsas verdi...davamı








Hərbçilərə göstərilən diqqət və qayğının növbəti təzahürü

Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər...davamı








Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun növbəti buraxılışı həyata keçirildi. Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında Hərbi Attaşesi general-mayor İsmayıl Hakkı Köseali də iştirak etdi.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev mərasim iştirakçılarını Milli Qurtuluş Günü və Azərbaycan Ordusunun yaradılmasının 101-ci ildönümü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik etdi...davamı








Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin ekspertləri arasında görüş keçirilib

İyunun 16-da Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirliklərinin ekspertləri arasında "Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması üzrə təcrübə mübadiləsi" çərçivəsində işçi görüşü keçirilib.
İşçi görüşün nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin həyat və faəliyyətini əks etdirən fotostendlərlə tanış olublar...davamı








Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının arenasında Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirildi. Yarışların açılış mərasimində ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim və tələbə heyəti iştirak etdilər...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı