Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2019 09:55

Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin ekspertləri arasında görüş keçirilib

İyunun 16-da Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirliklərinin ekspertləri arasında "Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması üzrə təcrübə mübadiləsi" çərçivəsində işçi görüşü keçirilib.
İşçi görüşün nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin həyat və faəliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan polkovnik Aydın Əyyubov qonaqları salamlayaraq, görüşün keçirilməsinin əhəmiyyətindən danışıb. Ordumuzun yaranma və formalaşma tarixinə diqqət çəkən natiq bildirib ki, hal-hazırda Azərbaycan Ordusunda hərbi qulluqçuların xidməti və daimi yaşayış sahələri ilə təminatı "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanunu və  Azərbaycan Respublikası Müdafiə nazirinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında əsasnamə"yə uyğun olaraq keçirilir. Zabit onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına daimi mənzillə təmin edilirlər."
Polkovnik Etibar Əliyev Azərbaycan Ordusunda hərbi xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsinin müasir standartlara uyğun olaraq təmin edildiyini, müasir tələblərə cavab verən yeni hərbi şəhərciklərin, xidməti evlərin, tibb müəssisələrinin tikilərək istifadəyə verildiyini görüş iştirakçılarının nəzərinə çatdırıb.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin ekspertləri də çıxış edərək onların hərbi qulluqçularının sosial müdafiəsi məsələlərindən söhbətlər açıblar.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi adından qonaqlara qiymətli hədiyyələr təqdim edilib. Xatirə şəkli çəkdirilib.

"Azərbaycan Ordusu"