Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2021 11:00

"Azərbaycan Ordusu" qəzeti № 22 (2530)

Təlimlərdə qazanılan təcrübə Böyük Qələbənin açarı oldu

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir ordu quruculuğu prosesi bu gün onun irsinin layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla icra edilir. Çıxışlarında hər zaman ölkəmizin hərbi qüdrətinin artırılmasının zəruriliyindən danışan ölkə başçısı ordunun müasir tələblər əsasında formalaşdırılmasının təmin edilməsi üçün ordu rəhbərliyi qarşısında vacib tapşırıqlar qoyur. Azərbaycan Ordusunun güclənməsi, şəxsi heyətin peşəkarlığının artırılması, döyüşaparma və özünümüdafiə fəaliyyətinin yüksəldilməsi üçün hərbi təlimlərin keçirilməsi zəruri şərtlərdəndir...davamı



Novruz bayramınız mübarək!

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və dövlət ənənələrini yaşadan bayramlar sırasında Novruz bayramının xüsusi yeri var. Novruz bayramı əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarı və əbədi yaşarılıq rəmzidir. Artıq bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu qazandığı zəfərlə bu bayrama xüsusi rəng qatıb. Bu uğurların əldə olunmasında Azərbaycan Ordusunun şəxsi heyətinin misilsiz xidmətləri var. Bu Novruz hərbçilərimizin də qəlbini riqqətə gətirib...davamı




Doğma nəfəs duyan torpaq çiçəklər açır...

Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən, müxtəlif təyinatlı silahlardan, artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, mövqelərimizi atəşə tutdu. Ordumuzun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi...davamı



Vətənpərvərliyi və qələbə əzmi ilə hamını heyrətləndirən azərbaycanlı gənc

İyirmi milyondan artıq əhalisi olan Amerika Birləşmiş Ştatlarının Florida ştatında Azərbaycandan olan Hüseynovlar ailəsi də yaşayır. Ailənin övladları Elnur və Hüseyn davranışları, nizam-intizamları və təhsilə həvəsləri ilə çoxlarının sevimlisinə çevriliblər. Elnur Hüseynovu isə Floridada məşhur edən digər amil bu yaxınlarda Braziliya ciu-citsu döyüş növü üzrə yarışlarda qalib gəlməsidir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı