Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2020 10:30

"Azərbaycan Ordusu" qəzeti № 22 (2440)

Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan bu kompleks, həmçinin Yasamal yaşayış kompleksinin ikinci mərhələsi, Gəncə və Sumqayıt şəhərlərində reallaşdırılan layihələr barədə məlumat verdi...davamı




Nizam-intizam sıradan başlayır


Vətənin müdafiəsində mətinliklə dayanan igidlərimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün plana əsasən müxtəlif dərslərdən məşğələlər keçirilir. Eyni zamanda, döyüş hazırlığının əsasında dayanan amillərdən biri də hərbçilərimizin nizam-intizamıdır. Nizam-intizam isə sıradan başlayır. Bu sahədə ürəkaçan nəticələrin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi əsasında əsgərlərimizə mütəmadi olaraq sıra hazırlığından məşğələlər keçirilir...davamı




“Koronavirusa qarşı mübarizədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib”

Koronaviruslar əsasən canlılar arasında yayıldığı sübut edilən patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilir. Bu yaxınlarda aşkar edilən koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olub...davamı




“Döyüş əmrini qələbəylə tamamlayacağıq”

"N" hərbi hissəsində sıra hazırlığı keçirilirdi. Gənc leytenantın öyrətmək həvəsi aydınlığıyla hiss olunurdu. Baş leytenant Amil Məhərrəmoğlu gənc leytenant Mirhəşim Seyidlinin hərbi xidmətindən razılıqla danışaraq dedi ki, o, həm nəzəri bilikləriylə, həm məsuliyyətiylə, həm də nizam-intizamıyla fərqlənən zabitlərdəndir...davamı




“İşğalda olan torpaqlarımızı azad edəcəyik!”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidməti ilə zabit və əsgər heyətinin hörmət və rəğbətini qazanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Rauf Mirzəyev ilə tanış olduq. Söhbət zamanı Rauf Mirzəyev hərbi hissədə yaradılan şəraitdən, şəxsi heyətin döyüş hazırlığından söz açdı: "Yuxarı rəhbərliyin göstərdiyi diqqət və qayğı şəxsi heyətimizin döyüş əzmini, peşəkarlığını daha da artırır, hamımızın Vətənə, torpağa sədaqət hissini, qələbə ovqatını yüksəldir...davamı




Tonqal qalanacaq Cıdır düzündə!

Tarixi min illərlə səsləşən Novruz bayramında düşüncələrmi duyğuların cəfakeşi olur, duyğularmı düşüncələrin, ayırd etmək istəmirsən...
... Təbiətin ecazkarlığını gecənin qaranlığı bürüyüb. Bir azdan qalanacaq tonqalın göy üzünə yayılan şöləsini gecənin dan yerinə aparacaq işıq yolu biləcəyik; dan yeri sökülüncə görünənlər göz doyduracaq. Bu gözəlliyi bir niyyətlə, bir istəklə, bir murazla könlümüzə köçürəcəyik...davamı




Dəyişməyən erməni xisləti

Tarix boyu erməni daşnaklarının türklərə - azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının və terror aktlarının sayı-hesabı  yoxdur. Ermənilərin içində türklərə qarşı qaynayıb daşan kin, nifrət əsrlər boyu zərrə qədər də azalmayıb, əksinə, daha da artıb. Ötüb keçən illər onları ağlasığmaz vəhşiliklər törədəcək səviyyəyə yüksəldib. Ermənilər "dənizdən dənizə böyük Ermənistan" arzusunun gerçəkləşməsi uğrunda uzun illərdən bəri əllərindən gələni etsələr də, bu arzu xəyal olaraq qalmaqdadı...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı