Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2020 10:30

Dəyişməyən erməni xisləti

Tarix boyu erməni daşnaklarının türklərə - azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının və terror aktlarının sayı-hesabı  yoxdur. Ermənilərin içində türklərə qarşı qaynayıb daşan kin, nifrət əsrlər boyu zərrə qədər də azalmayıb, əksinə, daha da artıb. Ötüb keçən illər onları ağlasığmaz vəhşiliklər törədəcək səviyyəyə yüksəldib. Ermənilər "dənizdən dənizə böyük Ermənistan" arzusunun gerçəkləşməsi uğrunda uzun illərdən bəri əllərindən gələni etsələr də, bu arzu xəyal olaraq qalmaqdadı. Zaman çox şeyi dəyişə-dəyişə geriyə baxmadan irəli gedir. Xam xəyallarla yaşayan ermənilər daim saxta tarixlər uyduraraq zamanı dayandırmaq, onu geri döndərmək istəyirlər. Kor tutduğunu buraxmadığı kimi, ermənilər də yapışdıqları bu saxtakarlıqdan əl götürmək istəmirlər.   
Erməni saxtakarlığından, ermənilərin xülyalarını əks etdirən qurama tarixdən alim və mütəxəssislərimiz çox yazıblar. Artıq bu mövzu təkcə öz alim və araşdırmaçılarımızın deyil, dünyanın başqa xalqlarının ziyalı və tarixçilərinin də diqqətini cəlb edir. Necə deyərlər, yavaş-yavaş ermənilərin uydurduğu saxta tarixin üzərinə həqiqətin gur işığı düşməyə başlayır. Litvalı tarixçi-alim Alqimantas Liyekis geniş araşdırmalar apararaq Azərbaycan xalqının tarixini öyrənib və etibarlı mənbələrə əsaslanaraq çox dəyərli "Millətlərin Qafqaza köçü. XX əsr" adlı kitabını yazıb. Bu kitabda tarixi faktlarla qədim Azərbaycanın malik olduğu ərazilər, azərbaycanlıların o dövrlərdə burada yaşadığı, eləcə də mədəniyyəti, dövlətçilik ənənələri real faktlarla əks olunub. Kitabın yazılmasında əsas məqsəd ermənilərin xalqımıza qarşı apardığı qərəzli təbliğatın qarşısını almaq, həmçinin ermənilərin Azərbaycanda törətdikləri cinayətləri tarixi faktlarla açıb dünya ictimaiyyətinə göstərməkdir.
Litvalı jurnalist Qintaras Visoskasın "Qara Bağın faciəsi" adlı kitabında da Azərbaycan və Ermənistan arasındakı münaqişədən bəhs edilir. Müəllif faktlara istinadən iki əsrdən çoxdur ki, xalqımızın düçar olduğu bəlalardan, üzləşdiyi haqsızlıqlardan, ədalətsizliklərdən yazıb.
Zaman keçdikcə bu mövzunun coğrafiyası da genişlənir. Özbəkistanın məhşur tədqiqatçısı, tarixçi-alimi Şuhrat Nasıroviç ermənilərin törətdikləri soyqırımla bağlı uzun illər araşdırmalar apararaq maraqlı tarixi əsərlər yazıb. Bu günədək tədqiqatçının "Qarabağ - ideyalar müharibəsi", "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar - Fərqanədən Qarabağa qədər" kitabları çap olunub. Bu yaxınlarda isə onun "İflas. Milliyyətçilik - Antaqonizm" kitabı işıq üzü görüb.
Şurhat Barlas türk etnosuna qarşı aparılan soyqırımı siyasətini geniş araşdırdığı "Qarabağ - ideyalar müharibəsi" kitabında erməni daşnaklarının hansı zərərli ideyaları irəli sürdüklərini, insanları ideoloji müharibəyə necə hazırladıqlarını tarixi faktları ortalığa qoyaraq yazır: "Təkzib olunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin fəal köməyilə terrorçu - ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır."
"İflas. Milliyyətçilik - Antaqonizm" kitabında müəllif  Özbəkistanda və Azərbaycanda - Qarabağda törədilən terror hadisələrinin oxşar və fərqli cəhətlərini araşdırır, hadisələri faktlara söykənərək müqayisə edir. Şuhrat Barlas bu kitabı ərsəyə gətirmək üçün 30 ildən çox araşdırma aparıb və indiyə qədər yazdığı əsərlərdən yararlanaraq, 299 yerli və xarici mənbələrə istinad edib. Onun qələmə aldığı bütün hadisələr tarixi faktlara əsaslanır. Şurhat Barlas kitabın sonrakı səhifələrəndə Xocalı faciəsindən də geniş söz açır, tarixi faktları, reallığı, həqiqəti  çılpaqlığı ilə oxucuların diqqətinə çatdırır.
"İflas. Milliyyətçilik - Antaqonizm" kitabında qeyd etdiyimiz məqamlarla yanaşı, indiki Ermənistan torpaqlarının əzəli və tarixi Azərbaycan torpaqları olduğu, o ərazilərin hansı yollarla ermənilərə verildiyi, ermənilərin Cənubi Qafqaza süni və məqsədyönlü şəkildə yerləşdirildiyi, həmvətənlərimizin İrəvandan, Dağlıq Qarabağdan vəhşicəsinə qovulduğu tarixi sənədlərlə sübuta yetirilir.
"İflas. Milliyyətçilik - Antaqonizm" kitabı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda ən uğurlu addımlardan biridir. Bu kitab həm də tarixi faktlara, çoxsaylı sübut və dəlillərə söykənərək ermənilərin və onlara dəstək olanların iç üzünü açmaqla Orta və Mərkəzi Asiyada, Qafqazda müsəlman əhaliyə qarşı xüsusi amansızlıqla davranan ermənilərin cinayətini, türkə nifrətini əks etdirən tarixin real güzgüsüdür. Ermənilər bu güzgüdə olduqları kimi - çox eybəcər və kinli görünürlər.
Daim xam xəyallarla yaşayan ermənilərin saxtalığını sübut və ifşa edən belə dəyərli kitabların xarici dillərə tərcüməsi də çox vacib işlərdən biri olardı.                                                                    

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"