Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Yanvar 2020 10:51

"Azərbaycan Ordusu" qəzeti №2 (2420)

“Azərbaycan əsgərinin ruhu Vətən sevgisidir”

Yol gedirik... Uzandıqca uzanan, qıvrıldıqca qıvrılan qəlbimizin doğanağından keçən yollar bizi Qarabağa, daha doğrusu, onun dilbər guşələrindən birinə aparır. Yolboyu müharibənin buraxdığı izlər açıq-aydın sezilir. İzləri gördükcə narahat olmaya bilmirsən...davamı



“Yeni ili qələbə inamı ilə qarşıladıq”

Səngərdə bənzərsiz hisslər keçirirsən, gözəl anlar yaşayırsan. Hər şeydən əvvəl özünü döyüşçü kimi hiss edir, düşmənlə savaşa hazır dayanırsan.

Mövqedə dayanmış zabiti, əsgəri torpağın müdafiəçisi, düşməni məğlub etməyə qadir bir qəhrəman kimi görürsən...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır.

Suallar:

1. 1980-ci illərin sonlarında yaranmış ictimai-siyasi vəziyyət və 20 Yanvar faciəsini doğuran səbəblər.

2. 20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolu...davamı



20 Yanvar qəhrəmanlıq və qürur günümüzdür

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. Tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən hazırlanıb. Plana əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkil ediləcək, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunacaq...davamı



Turnir və müsabiqələrin keçirilməsi ənənədir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantlar arasında mütəmadi olaraq keçirilən inşa müsabiqələrinin əsas məqsədi kursantların vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara qəhrəmanlıq hisslərinin aşılanmasıdır...davamı



“Fiziki hazırlığın artırılmasını diqqət mərkəzində saxlayırıq”

Döyüş hazırlığının tərkib hissəsi kimi, fiziki hazırlığın əsgərlərimizin sağlamlığının möhkəmləndirilməsində və fiziki göstəricilərinin inkişafında böyük rolu var. Digər hərbi hissələrimizdə olduğu kimi, "N" hərbi hissəsində də şəxsi heyətin fiziki hazırlığı həmişə diqqət mərkəzində saxlanılaraq, günün nizam qaydasına uyğun məşğələlər keçirilir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı