Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2020 11:06

"Azərbaycan Ordusu" qəzeti № 17 (2435)

“Qələbəniz bəşərilik qələbəsi olacaq!”

"Açıq qapı" günündə ön xətdə yerləşən hərbi hissədə ataların əsgərlərə xitabən dediklərini vətənsevərlik düşüncələri bilmişdim: "Bu günün əsgəri dünənin əsgərindən daha güclüdü, yəni, sizin hər biriniz atanızdan daha güclüsünüz". "Biz hərbi xidmətə çağırılanda Şəhriyarın "Heydər babaya salam"ını makinada çoxaldılmış nüsxəsindən oxumuşduq. Böyük şairin bu poetik salamını müstəqilliyə verilən salam bilmişdik...", “Biz tələbə olanda Eldar Baxışın Azərbaycan poeziyası adından yazılmış "Zori Balayana məktub"u hamımızın əzbərindəydi. Onu "xırda budaqların üstə oturub böyük budaqları silələyənlərə" xalqın adından deyilən xəbərdarlıq kimi oxumuşduq, belə də dərk etmişdik..."...davamı




Azərbaycan Ordusunun zabiti! -  qürurla səslənir

Hərbi hissələrdə nümunəvi xidməti ilə seçilən gənc zabitlərimizlə tez-tez rastlaşırıq. Belə zabitlərimizdən biri də leytenant İsmayıl Məmmədzadədir.
Hələ yeniyetmə yaşlarından hərbi mundiri geyinmək arzusunda olan İsmayıl 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Valideynləri onun bu qərarını dəstəkləyib, müvəffəqiyyətlər arzulayıblar. Hərbin sirlərinə yiyələnməyə başlayan İsmayıl hələ bu şərəfli yolun astanasında idi. Məqsədinə doğru mətin addımlarla irəliləyən kursant İsmayıl Məmmədzadə 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur...davamı




Varlığımızla Vətənə bağlıyıq

Vətənin hər bir insanın həyatında müqəddəs yeri var. İnsan hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq "ana Vətən" kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyur, hiss edir.
Hələ kiçik yaşlarımızdan valideynlərimizin dilindən "Vətən anadır" - kəlməsini eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir...davamı




“Ən böyük mükafatımız hərbçilərin xoş sözləridi”

Elmi-texniki tərəqqinin inkişafı bir çox sahələrdə olduğu kimi, səhiyyə sistemində çalışan həkim-mütəxəssislərin də işini xeyli asanlaşdırıb. İndi həkimə müraciət edən xəstələri müayinə etmək, xəstəliyini müəyyənləşdirib dəqiqləşdirmək üçün elə də çox vaxt itirmək lazım gəlmir. Müasir tipli qurğu və avadanlıqların köməkliyi ilə qısa müddət ərzində xəstəliyi "tapmaq" mümkündür. Amma o da var ki, gərək bu sahədə çalışan həkim-mütəxəssislər müasir qurğu və avadanlıqlarla, müayinə zamanı onlardan bacarıqla istifadə etsinlər. Necə deyərlər, öz sahəsinin peşəkarı olsunlar. Peşəkarlara isə həmişə ehtiyac duyulub...davamı




“Vətən mənə oğul desə...”

Uşaqlıq dünyasının könüləyatımlı qəribəliklərinə hamımız yaxşı bələdik. Bu qəribəliklərin nizamlı, məntiqi, bir-birinə bağlı düzümünə kimsə şübhə edə bilməz. Dəfələrlə müşahidə də etmişəm, eşitmişəm də ki, uşaq atasından, müəllimlərindən soruşub: Ermənilər bizdən nə istəyir? Gözlənilməz sual qürurla dinlənilir, qürurla düşündürür, qürurla da cavablandırılır. Bu sual, belə sual, bu çılğınlıqda bunu Vətən sevgisinin təzahürü bilmişəm. Müşahidə edəndə də ürəyim dağa dönüb, eşidəndə də - uşaqların bu ruhda böyüdüyünə görə, bu ruhla cavanlaşacaqlarına, bu ruhla əsl vətəndaş kimi formalaşacaqlarına görə...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı