Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2021 13:50

"Azərbaycan Ordusu" qəzeti № 12 (2520)

General-mayor Yusif Axundzadə: “Koroğlu” uvertürasını Cıdır düzündə də ifa edəcəyik!

"Mən hərbi musiqiçiyəm. Dövlətimə və xalqıma xidmət edirəm. Hərbi musiqi ordumuzun atributudur. Bu gün müstəqil, azad ölkəmizin ordusu Vətən torpaqlarını, onun sərhədlərini qoruyur. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Orkestr Xidmətinə rəhbərlik etməkdən qürur duyuram. Taleyimi hərbə bağladığım üçün heç də peşman deyiləm!" Bu fikirlər ömrünün 50 ilini hərbi musiqinin inkişafına, təkmilləşmə mərhələlərinin formalaşmasına, tarixinin öyrənilməsinə  həsr edən və bu günlərdə yubiley yaşını - 75 illiyini qeyd edən general-mayor Yusif Axundzadəyə məxsusdur...davamı



Təhlükəsizliyin təminatı hərbi qulluqçuların fiziki səmərəliliyini artırır, onların həyatlarını qoruyur

Bu gün Azərbaycan Silahlı Qüvvələrində ordu quruculuğu prosesi xalqımızın döyüş ənənələrinə əsaslanmaqla, müasir standartlara uyğun inkişaf etdirilməklə yanaşı, həm də onun şəxsi heyətinin hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. Hərbi qulluqçunun hüquqlarının qorunması, onun xidmət zamanı fəaliyyətinin mühafizəsi, eyni zamanda, sağlam və təhlükəsiz iş şəraitinin təşkili ölkədə həyata keçirilən ordu siyasətinin prioritet məsələləri sırasındadır. Hərbi qulluqçuların sağlamlığının, təhlükəsizliyinin təmin olunması, onlara müvafiq qanunların, əsasnamə və təlimatların tələblərinin, intizam qaydalarının çatdırılması, xüsusən də əsgərlərin təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etməsi vacib şərtlərdən biridir...davamı




“Vətənə xidmət edənlərin xidmətindəyik”

İnsanlar ömür payını öz seçimləri əsasında yaşayırlar. Elə insanlar var ki, əməlləri onu sevgi ilə xatırladır. Onlar bu səbəbdən həm də ömrünü ürəklərdə yaşayırlar.

Həkimlik nəcib, gərəkli və məsuliyyətli peşələrdəndir. Həkimlər şəfa bəxş etdiyi xəstələrin ruh qardaşı olur...davamı




“Fəxr edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim...”

Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun zabit və əsgərləri cəsarətlə vuruşaraq erməni qəsbkarlarını məğlubiyyətə uğratdılar. Hünər və qəhrəmanlıqları ilə 28 ildən bəri davam edən işğala son qoydular. Erməni qəsbkarları ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyərək geri çəkildilər. Təbii ki, torpaqlarımızı erməni işğalçılarından təmizləyən cəsur zabit və əsgərlərimiz hər cür tərifə, hər cür xoş sözə layiqdirlər...davamı




Azərbaycan Ordusunun tarixləşdirdiyi Zəfər tarixini “Azərbaycan Ordusu” böyük qürurla yaşadı, yaşatdı...

11 fevral 1992-ci il...

Qış olsa da, soyuq deyildi, şaxta yoxuydu. SSRİ dönəmində Xalq Nəzarəti Komitəsinin inzibati binası olmuş binanın 2-ci mərtəbəsində müstəqil Azərbaycanın jurnalistikası tarixində yeni bir mərhələnin başlanğıcı ərəfəsiydi. Yeni ideyanı gerçəkləşdirəsi gün sözə söykənən mətləblərlə, mətləblərlə ümumiləşdirilən məqalələrlə günortaya yaxınlaşmışdı. Xalqın ordusunun qəzeti ("Xalq Ordusu" qəzeti, sonralar nəşrini "Azərbaycan Ordusu" kimi davam etdirdi) dərcə hazırlanırdı. Çox yaxın dünənlərin hadisələrinə, Ermənistanın elan etmədən başladığı müharibəyə mətbu münasibət (ilk sayı dərc edilən hərbi mətbuatda!) bir gündən sonra hər birimizi qürurlandıracaq; yeni qəzetin yeni işıq misallı olacağına hamımız ümidliydik...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı