Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2019 10:16

"Azərbaycan Ordusu" qəzeti 10 aprel 2019-cu il №27 (2344)

“Tezliklə Laçında da bayrağımız dalğalanacaq”

Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan xanlıqları. Rus imperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay  müqavilələri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirmək tövsiyə olunur.

Suallar:
1. Azərbaycan xanlıqları.

2. Rus imperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri...davamı








Təki Vətən yaşasın

Ümummilli lider Heydər ƏLİYEV: Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.                                 

Şəhidlik Vətən sevgisindən doğur...
Şəhidlər ölmür...
Şəhidlərin igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanələşir, zaman-zaman yaşadılır, anılır...davamı








“Qəhrəmanlıq  hər bir gəncə örnəkdir”

Lənkəran şəhər Rasim Məmmədov adına 5 saylı tam orta məktəbində "Aprel döyüşləri tarixi qələbəmizdir" adlı tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Çıxış üçün söz alan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr əvəzi Saleh Dostiyev 2016-cı il aprelin əvvəlində düşmən təxribatına qarşı ordumuzun keçirdiyi uğurlu əks-həmlə əməliyyatlarından - strateji əhəmiyyətli Lələtəpə və Bayraqtəpə yüksəkliyinin geri alınmasından danışdı...davamı








Xatirə turniri keçirildi

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş qumbaraatma üzrə lisey birinciliyi keçirildi.
C.Naxçıvanski adına Hərbi Liseyin fiziki hazırlıq, fənn bölmə rəisi mayor Rəşad Kazımov iştirakçıları salamladı, qəhrəmanın həyat və döyüş yolundan qısaca söz açdı:       
- Hörmətli mərasim iştirakçıları! Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir qayda olaraq məktəbimizdə həmişə hörmətlə anılır. Bu gün Hərbi liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş qumbaraatma turniri keçirilir...davamı







"Azərbaycan Ordusu" qəzetinin tam variantı