Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib...davamı
İşğaldan azad olunan torpaqlarımız minalardan və partlayıcılardan təmizlənir
Mühəndis qoşunları müharibə şəraitində hücum edən qoşunlarımızın maneəsiz düşmənin müdafiə xəttini yararaq onun fortifikasiya qurğularını qısa zamanda asanlıqla keçməsini təmin edirdi. Həmçinin döyüşlər zamanı işğaldan azad edilmiş ərazilərimizdə hərbi avtomobillərin, döyüş texnikalarının rahat və təhlükəsiz hərəkəti üçün yolları minalardan təmizləyərək dağılmış yolları hamarlayıb bərpa etmiş, lazım olan yerlərdə isə yeni yolların açılması işlərini həyata keçirmişdir...davamı
“Zəfər gününün ovqatı həmişə yaşanılacaq
Xalqın, dövlətin adına ad olan hər xatirə bir tarixdi; xatirələrdə də tarixi yaşatma qüdrəti var. Yaşadılmalı xatirələri yaşatmaq missiyası da vətənpərvərlikdi. Jurnalistika belə gözəl bir missiyanın icraçısıdı...davamı
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: 26 Fevral - Xocalı faciəsi
Suallar:
1. Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət.
2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi.
3. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması. Xocalının qisasını Azərbaycan əsgəri almışdır...davamı
Xalqımızın ziyarətgahına çevrilən Ziyarət dağı
Uzun illərdən sonra ötən ilin 27 sentyabrında xalqımızın Zəfər tarixinə qızıl həriflər ilə yazılan Vətən müharibəsi başladı. Bütün ölkə Ali Baş Komandanın bir sərəncamı ilə səfərbər oldu, cəbhədə düşmənlə savaşan ordunun dəstəyinə tələsdi. Xalqımız sevinc içində idi. Çox keçmədən cəbhədən sevindirici xəbərlər gəlməyə başladı. Düşmən müdafiəsi bir neçə istiqamətdən yarıldı və cəbhənin Füzuli istiqamətində Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Cəbhənin digər istiqamətində isə oktyabrın 3-də Suqovuşanın işğaldan azad edilməsi xəbərini aldıq...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı