Məğrur tankçılarımız
Tankçılarımız da İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərdilər. Hərbi əməliyyatların başlandığı ilk gündən tank bölmələrimiz cəbhənin bütün istiqamətlərində komandanlıq tərəfindən verilən və üzərlərinə düşən döyüş tapşırığını uğurla yerinə yetirdilər...davamı
Şəhid bulağı ehtiram bulağıdır
Şəmkirdə anadan olmuşdu. Şəmkirdə orta təhsil almışdı. Həmyaşıdları kimi o da müəllimlərindən, evdə atasından eşitdiklərinin ovqatıyla boya-başa çatmışdı. Bu ovqat torpağa sevgi ovqatıydı, Vətənə sədaqət ovqatıydı. O da xəyalən özünü əsgərlərimizin sırasında, səngərlərdə hiss edirdi. Ona elə gəlirdi ki, qələm tutan barmaqları avtomatın tətiyini daha böyük niyyətlərlə sıxa bilər, sıxacaq. Düşündüklərini müəllimlərinə də deyərdi. Onda eşitdiyi kəlmələr ümidinin işığına dönərdi: Böyüyəndə sən də əsgər olacaqsan, onda Vətənə sədaqətlə xidmət edərsən. Onda gerçək avtomatı sinənə sıxarsan...davamı
Vətən bizimdir və onu daim qorumalıyıq
Bu gün rəşadətli ordumuzun qəhrəman əsgərləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını daim hiss edirlər. Bu qayğı nəticəsində ordumuzun bütün bölmələrində yüksək məişət şəraiti yaradılır. İşğaldan azad edilən çətin relyefli ərazilərdə də gecə-gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin bütün təminatları yüksək səviyyəyə çatdırılır. Hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilirlər. İnzibati binalar tikilir. Bir sözlə, döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün hər cür şərait və təminat yaradılır...davamı
Bayraq sevdalısı Vətən oğlu
"Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim", - deyib bu misradan ruh aldılar bayraq, torpaq, Vətən sevdalılarımız. Onların sanki ruh bağlantısı idi Məmməd Araz şeiriyyətinin zirvəsi sayılan bu misra. Ruhun qələbəsinə köklənən "Vətən", deyən oğullar torpağının daşına, qayasına sarılıb uğrunda döyüşdülər, canlarından keçdilər, ölümün gözünə dik baxıb qalib gəldilər. Ömürləri dastanlara dönən Mübariz ruhlu bu oğulların Vətən savaşındakı qələbəsi ruhumuzun, zehniyyətimizin qələbəsi idi...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı