Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi attaşelərin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib 4 Aprel 2016 13:00

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib.

Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib 4 Aprel 2016 12:00

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlərinin cəbhədə yaranmış vəziyyətlə bağlı telefon danışıqları olub 4 Aprel 2016 10:10

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Cəbhədə vəziyyətlə bağlı son məlumat 4 Aprel 2016 09:00

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.

Azərbaycan Silahlı Qüvvələri erməni mülki əhalisi ilə mübarizə aparmır 4 Aprel 2016 09:00

Ermənistan tərəfi Azərbaycan Ordusunun Talış kəndində mülki şəxsləri öldürdüyü barədə məlumat və bununla əlaqədar olduğu iddia edilən fotolar yayıb.

Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası 3 Aprel 2016 15:11

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.

Azərbaycan və İranın Müdafiə nazirləri qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər 3 Aprel 2016 11:00

Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edir 3 Aprel 2016 10:20

Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.

Türkiyə Respublikasının Baş Qərargah rəisi Müdafiə nazirinə başsağlığı məktubu ünvanlayıb 3 Aprel 2016 10:00

Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akar cəbhədə baş verən döyüş toqquşması nəticəsində hərbçilərimizin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.

Yaşayış məntəqələrimizin atəşə tutulması dayandırılmayacağı təqdirdə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verilib 3 Aprel 2016 09:00

Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir.