Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri ön xətdə yerləşən bölmələrdə olub 27 Aprel 2016 15:00

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitalların birində olub 27 Aprel 2016 13:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüblər.

Erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb 27 Aprel 2016 10:00

Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.

Azərbaycan Silahlı Qüvvələri düşmənin ancaq hərbi obyektlərinə cavab zərbələri endirib 27 Aprel 2016 09:00

Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Müdafiə naziri ön xətdə olub 26 Aprel 2016 16:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Hərbi attaşelərin Bakı Assosiasiyası üzvlərinin növbəti toplantısı olub 26 Aprel 2016 15:00

Aprelin 26-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyasının növbəti toplantısı keçirilib.

Müdafiə naziri cəbhə bölgəsində səfərdədir 26 Aprel 2016 13:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən Tərtər rayonunda səfərdədir.

Pakistan Milli Müdafiə Universitetinin heyəti Azərbaycanda səfərdədir 26 Aprel 2016 12:00

Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə gəlib.

Azərbaycan Silahlı Qüvvələri düşmənin ancaq hərbi obyektlərinə cavab zərbələri endirib 26 Aprel 2016 09:00

Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb 25 Aprel 2016 09:00

Aprelin 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının yeni təyin edilmiş katibi general-mayor Yuri Daşkin ilə görüşüb.