Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

LayfNyus telekanalının təxribat xarakterli tele-süjetinə dair Müdafiə Nazirliyi Mətbuat Xidmətinin açıqlaması 5 Aprel 2016 11:00

Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyi anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır.

Feysbuk sosial şəbəkəsində Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb 5 Aprel 2016 10:00

Aprelin 5-dən feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

3 ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib - VİDEO 5 Aprel 2016 09:01

Cəbhədəki vəziyyətə dair son məlumat - VİDEO 5 Aprel 2016 09:00

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.

Bəhreyn Müdafiə Qüvvələri Komandanı Müdafiə nazirinə başsağlığı məktubu ünvanlayıb 4 Aprel 2016 17:00

Bəhreyn Müdafiə Qüvvələri Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə cəbhədə baş verən döyüş toqquşması nəticəsində hərbçilərimizin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.

Müdafiə naziri Silahlı Qüvvələrimizə göstəriş verdi 4 Aprel 2016 16:50

Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.

Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır 4 Aprel 2016 16:40

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.

Düşmənin komanda-qərargah məntəqəsinin darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın video görüntüsü - VİDEO 4 Aprel 2016 16:30

Silahlı Qüvvələrdə qana olan tələbat tam təmin edilir 4 Aprel 2016 15:00

Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir.

Azərbaycan Silahlı Qüvvələrinin düşmən ordusunun növbəti təxribatına layiqli cavabı 4 Aprel 2016 14:00

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.