Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib 14 Yanvar 2022 10:54

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2022-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib.

Yolu azaraq Azərbaycan ərazisinə keçən S.Matevosyan geri qaytarılıb 13 Yanvar 2022 20:26

Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib 13 Yanvar 2022 15:14

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə naziri Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb - VİDEO 13 Yanvar 2022 10:49

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

"Azərbaycan Ordusu" qəzeti № 3 (2614) 12 Yanvar 2022 15:48

Bu Qələbə tarixdə bənzəri olmayan qələbədir2020-ci il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və məğrur xalqımızın dəstəyi ilə Azərbaycan Ordusunun qazandığı Böyük Qələbə ili olaraq tarixləşdi...davamı“Xalqımızın etimadını doğrultduğumuz üçün qürurluyuq”Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə rəşadətli Azərbaycan Ordusu 27 sentyabr səhər saatlarında bütün cəbhə boyu Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi növbəti təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başladı...davamıGender bərabərliyi cəmiyyətin mənəvi dünyasına düşən işıqdırGender anlayışı kişi və qadınların cəmiyyət həyatında sosial statusunu, funksiya və rolunu ifadə edir.

Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib 12 Yanvar 2022 14:04

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub 12 Yanvar 2022 12:18

Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Ötən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib 12 Yanvar 2022 10:29

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Hərbi qulluqçumuz şəhid olub 11 Yanvar 2022 16:25

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib - VİDEO 11 Yanvar 2022 09:54

Döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.