Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirilib 7 Fevral 2022 10:50

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə hərbi hissələrdə tədbirlər keçirilib.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO 6 Fevral 2022 18:04

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, fevralın 6-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib - VİDEO 6 Fevral 2022 17:38

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.

Həftəlik icmal: (30.01.2022 - 06.02.2022) - VİDEO 6 Fevral 2022 13:39

Tərtər istiqamətində mövqələrimiz atəşə tutulub 6 Fevral 2022 11:30

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-sı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib - VİDEO 5 Fevral 2022 18:10

Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Müzəffər Ali Baş Komandanın Gənclər Forumunda səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu daha da artırıb - VİDEO 4 Fevral 2022 19:12

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı və çoxsaylı sualları cavablandırarkən səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb, onların fəaliyyətində yeni bir mərhələnin başlanğıcını qoyub.

Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir - VİDEO 4 Fevral 2022 16:44

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun mexanikləşdirilmiş və tank bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

"Azərbaycan Ordusu" qəzeti №10 (2621) 3 Fevral 2022 18:37

Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldıHəzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən torpaqları uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan mayor Asiman Əliyev, leytenant Teymur Abbasov, əsgərlər Elvin İslamov, Mirsafa Rzayev və İsa Məhərrəmovun xatirələrinə həsr olunan anım mərasimi keçirildi...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı

Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun açılış mərasimi keçirilib 3 Fevral 2022 15:50

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursuna növbəti qəbulun açılış mərasimi keçirilib.