AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Gəncə Qarnizonu Zabitlər Evində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin təsdiq etdiyi plana əsasən, hərbi qulluqçular arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən bədii özfəaliyyətə baxış-müsabiqəsi keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Kayseri şəhərində hərbi qulluqçuları daşıyan avtobusun partladılması nəticəsində həlak olan və yaralananlarla bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıka və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Nəqliyyat komandanı general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dekabrın 16-da Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.
Dekabrın 15-də Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin təhlükənin azaldılması ofisinin (TAMA) direktoru xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.