Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib 5 Aprel 2017 15:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 5-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcıdır 5 Aprel 2017 12:45

Müdafiə nazirinin tapşırığına əsasən ötən ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə hərbi vətənpərvərlik tədbirləri davam edir.

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub 5 Aprel 2017 08:30

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Müdafiə nazirinin Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb 4 Aprel 2017 14:55

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.

Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir 4 Aprel 2017 13:50

Müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 4 Aprel 2017 09:55

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 5-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Birinci vitse-prezident Mehriban Əliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb - YENİLƏNİB 3 Aprel 2017 20:35

Görüşdə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunubAprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.

Şəhidin xatirəsi anılıb 3 Aprel 2017 19:38

Müdafiə Nazirliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbələrinin ildönümü və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" (ölümündən sonra) medalı ilə təltif olunmuş şəhid əsgər Sarvan Mehrəliyevin il mərasimi ilə əlaqədar Pirallahı qəsəbəsində tədbir keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun müxtəlif güc strukturları ilə birgə komanda-qərargah təlimi başa çatıb 3 Aprel 2017 16:20

Əlahiddə Ümumqoşun Ordunun müxtəlif güc strukturları ilə birgə komanda-qərargah təlimi başa çatıb.

Aprelin 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 3 Aprel 2017 12:30

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 aprel 2017-ci il tarixədək 81.152.798,16 AZN, 212.673,88 ABŞ dolları, 6835,69 avro və 5000,0 rubl vəsait daxil olub.