Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçirilməsi nəzərdə tutulan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib. Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
Sonda konfransın yekun protokolu imzalanıb.