AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində yerləşən Hərbi Tibb Fakültəsinin yeni tədris binasının açılışında iştirak ediblər.
Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Respublikasının "Şücaətə görə" medalı ilə təltif olunublar.
Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əlaqələr Bürosunun rəisi kontr-admiral Quan Yufeyin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında praktiki məşğələ keçirilib.
Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq “Akademik yazı və nəşr işləri” mövzusunda tədbir keçirilib.
Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zəfər yürüşü keçirilib, “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.
Aprelin 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.