Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 2017 21:00

Britaniyanın hərbi orkestri Bakıda konsert proqramı ilə çıxış edib

İyunun 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Britaniyanın hərbi orkestri konsert proqramı ilə çıxış edib. Konsert “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri ilə Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin birgə proqramı əsasında təşkil olunub.
Əvvəlcə Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts çıxış edərək qonaqları salamlayıb.
Diplomat bildirib ki, Salamanka orkestri Britaniya ordusunun ehtiyatda olan zabitlərindən formalaşıb və Birləşmiş Krallığın Cənub Qərb hissəsində Wyvem "6RİFLES" adlı taborun tərkibində fəaliyyət göstərir. Orkestrin üzvləri ehtiyatda olan zabitlər olduğundan onlar müxtəlif növ mülki işlərdə çalışırlar və hər çərşənbə axşamları toplaşaraq məşqlər edirlər. Orkestr təkcə öz bayrağına xidmət etmir, eyni zamanda, Britaniya ordusunun və bütövlükdə geniş müdafiə sahəsini əhatə edən regional fəaliyyətlərə də öz dəstəyini göstərir. Bundan savayı orkestr London, Kipr, Fransa və digər yerlərdə müxtəlif parad və tədbirlərdə iştirak edib.
Daha sonra tədbirdə hər iki hərbi orkestrın ifasında musiqi parçaları səsləndirilib.