AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı - 2017” birgə təlimi davam edir.
Təlimlərin növbəti mərhələsində üç ölkənin hərbçiləri şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqları yerinə yetiriblər. Təlimlərdə həmçinin hava komponentlərindən istifadə olunub.