Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir 4 Oktyabr 2016 09:00

Oktyabrın 4-dən 6-dək Belqrad şəhərində (Serbiya Respublikası) kommunikasiya və informasiya sistemləri kursu keçirilir.

Azərbaycan Respublikası Müdafiə nazirinin Özbəkistana rəsmi səfəri başlayıb 4 Oktyabr 2016 09:00

Oktyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri başlayıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 3 Oktyabr 2016 09:00

Oktyabrın 3-dən 7-dək Kavadarci şəhərində (Makedoniya) Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursu, oktyabrın 3-dən 14-dək Buxarest şəhərində (Rumıniya) sülhü dəstəkləmə əməliyyatları kursu, oktyabrın 3-dən dekabrın 23-dək Buxarest şəhərində (Rumıniya) qərargah zabitləri üçün təkmilləşdirilmiş birgə əməliyyatlar kursu keçirilir.

Əlahiddə Ümumqoşun Ordusunda komanda-qərargah təlimləri keçirilir 3 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb.

Müdafiə naziri güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının iştirakçıları ilə görüşüb 1 Oktyabr 2016 09:00

Oktyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.

Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 Oktyabr 2016 09:00

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 oktyabr 2016-cı il tarixədək 76.825.610,95 AZN, 212.373,88 ABŞ dolları, 4493,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Azərbaycan Respublikasının Müdafiə naziri Bolqarıstanın İqtisadiyyat naziri ilə görüşüb 30 Sentyabr 2016 09:00

Sentyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının İqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib 29 Sentyabr 2016 09:00

Sentyabrın 29-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Sankt-Peterburq şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib.

"Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində növbəti tədbir keçirilib 28 Sentyabr 2016 09:00

Müdafiə Nazirliyinin yeni layihəsi - "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası davam edir.

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb 28 Sentyabr 2016 09:00

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.