Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2017 17:17

Heydər Əliyev adına AAHM-i Vyetnamın dövlət mükafatlarına layiq görülüb

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəhbərliyi hərbi təhsil sahəsində səmərəli əməkdaşlığa və Vyetnam Sosialist Respublikası üçün hərbi kadrların hazırlanmasında əldə edilən nailiyyətlərə görə Vyetnam Parlamenti sədrinin fəxri diplomları və bu ölkənin Müdafiə Nazirliyinin medalları ilə təltif olunub.
Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin hazırkı komandanı kontr-admiral Fam Xoay Nam və hərbi dənizçilərinin bir qismi də AAHM-nin məzunları olublar.