AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.
Hava məkanımızın etibarlı müdafiəçiləriBu dəfə üz tutduğum ünvan Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələrindən biridir.
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat Dəstəsi cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirib.
Polşa Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.
Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qurban bayramı münasibətilə Silahlı Qüvvələrdə keçirilən “Açıq qapı günü” tədbirlərindən birində Tərtər rayonunun Qarabağ müharibəsi veteranlarından bir qrupu Müdafiə Nazirliyinin rəhbərliyinə ön səngərə - döyüş mövqeyinə gedərək şəxsi heyətlə görüşmək, gənc əsgərlərlə birlikdə döyüş növbəsinə çıxmaq arzularını bildiriblər.
Tankçıların uğurlarıBu il iyulun 29-dan avqustun 12-dək Rusiya Federasiyasının Alabino təlim mərkəzində keçirilən Beynəlxalq Ordu Oyunları çərçivəsində 19 ölkədən 57 tank heyətinin iştirak etdiyi "Tank biatlonu" müsabiqəsində Azərbaycan tankçıları uğurlu nəticə göstəriblər.