AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilən görüşündə iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqlarının təqdim olunması mərasimi keçirilib.
Dövlət Bayrağı Günü münasibətilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Hərbi Tibb Fakültəsi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları, həmçinin Hərbi Dəniz Qüvvələri matroslarının iştirakı ilə hərbi vətənpərvərlik tədbiri keçirilib.
Noyabrın 8-də Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtərdə Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq yürüşü” keçirilib.
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində “Bayrağımız-qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən hərbi qulluqçularla Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndə heyətinin görüşü keçirilib.