Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Yanvar 2018 11:09

"Azərbaycan Ordusu" qəzeti - №1 (2217)

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs
(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Hərbi biliyə dərindən yiyələnmək, döyüş texnikasını və silahları öyrənmək hər bir döyüşçünün borcudur...davamı

 

 



“Səkkiz oğul istərəm”
Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbçilərin xatirəsinə həsr olunmuş "Səkkiz oğul istərəm" adlı tədbir keçirildi. Mərasimə aprel döyüşlərinin iştirakçıları da dəvət edilmişdilər...davamı

 

 



“Güclü ordunun əsgəriyəm!”
Yolumuz Vətəni qorumağı özünə borc bilən oğullarımızın yanınadı - səngərədi. O səngərə ki, oradan Vətən başlayır, oradan Vətən qorunur, oradan Azərbaycan əsgəri düşməni fasiləsiz müşahidə edir, parçalanmış torpağımızın bütövləşməsi üçün yağış, boran, qar bilmədən öz vəzifəsini yetinə yetirir. Budəfəki həmsöhbətlərim də düşmənlə üz-üzə dayanıb sərhədlərimizi etibarlı şəkildə qoruyan, məsuliyyətli və şərəfli vəzifənin daşıyıcıları olan zabit, gizir və əsgərlərimiz olacaq...davamı

 

 



Mən Azərbaycan vətəndaşıyam!
Fəxr olunası hallardan biri də öz vətəndaşlığımızdı. Belə diyarın vətəndaşı olduğum üçün qürur duyuram. Biz bu ifadəni "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kimi də vurğulaya bilərik.

"Azərbaycan". Bəli, bu ad "Vətəndir". Sənin, mənim və gələcək nəsillərin. Mənə görə ana və Vətən eyni anlayışlardır...davamı

 

 



“Vətənə xidmət  vətəndaşlıq borcumuzdur”
Cəbhə bölgəsində Vətən borcunu yerinə yetirən əsgərlərimizlə görüşə gəlmişik. "N" hərbi hissəsinin avtomobil parkında avtomobilə böyük həvəslə texniki qulluq göstərən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu diqqətimizi cəlb edir. Əvvəl çilingər olduğunu düşündüm. Kapitan Tərlan Gülməmmədov ona yaxınlaşaraq avtomobilin yola çıxmağa hazır olub-olmadığını soruşanda sürücü olduğunu yəqin etdim...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı