Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Yanvar 2018 13:13

8 minədək hərbi qulluqçu övladı bayram şənliklərində iştirak edib

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri təşkil olunub.
Məktəb tətili günlərində keçirilən bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə 8 minədək övladı üçün yeni il konsertləri, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.
Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan və Gəncə  Qarnizon Zabitlər Evlərinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.