Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Beynəlxalq Konfransda iştirak edəcək 6 İyul 2017 11:15

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov 6-7 iyul tarixlərində Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşüb.

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb 5 İyul 2017 18:36

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Türkiyənin ehtiyatda olan bir qrup yüksək rütbəli zabiti ilə Müdafiə Nazirliyində görüş keçirilib 5 İyul 2017 16:14

İyulun 5-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində Türkiyədən qonaq gəlmiş ehtiyatda olan bir qrup yüksək rütbəli zabitlə görüş keçirilib.

"Azərbaycan Ordusu" qəzeti - №50 (2167) 5 İyul 2017 14:48

“Şərəfli vəzifəmi yerinə yetirirəm”Ön xətdə xidmət edən əsgərlərimizlə söhbətləşəndə Lənkəran rayonundan orduya çağırılan təcrübəli əsgər Murad Nəsirli ilə tanış oldum.

Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirib 4 İyul 2017 22:30

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Monitorinq baş tutdu 4 İyul 2017 12:42

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 4-də Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Əsgər valideynlərinə müraciət! - VİDEO 3 İyul 2017 13:09

Hörmətli vətəndaşlar!Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 3 İyul 2017 09:47

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 4-də Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Naxçıvanda hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb - VİDEO 1 İyul 2017 20:00

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimlərinə başlanılıb.

Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin yeni inzibati binasının açılışı olub 1 İyul 2017 11:42

Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin əsaslı təmirdən sonra inzibati binasının açılış mərasimi keçirilib.