Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2018 19:05

Ən yaxşı Hava Hücumundan Müdafiə batareyası adı uğrunda yarış keçirilir

Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim mərkəzində “Ən yaxşı HHM batareyası” adı uğrunda yarış keçirilir.
Yarışlara müxtəlif zenit-raket kompleksləri və zenit qurğuları batareyalarının döyüş heyətləri cəlb olunub.
Bir neçə mərhələdən ibarət yarışlar zamanı batareyaların döyüş heyətləri atış, atəşin idarəolunması, texniki, fiziki, taktiki, atəş və xüsusi hazırlıq üzrə bacarıqlarını nümayiş etdirəcək.
Yarışların yekun nəticələrinə görə ən yaxşı HHM batareyası müəyyən ediləcək.