Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2018 16:09

“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Samux şəhərində keçirilib

“Vətən uğrunda” səyyar təşviqat dəstəsi cəbhənin ön xəttində xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq  məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif  regionlarında davam etdirir.
Növbəti kütləvi-vətənpərvərlik tədbiri Samux rayonu icra hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Samux şəhərində Heydər Əliyev parkında keçirilib.
İctimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gəncləri yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.
Sonra videobağlantı vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzular çatdırılıb.