AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Fevralın 9-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Günəş dağları da isidəcəkdir!Günəşin şüaları hələ də buludların arxasında gizlənməkdədi.
Müdafiə Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gəncliyə Yardım Fondunun və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin təşəbbüsü ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə görüş keçirilib.
Xocavənd rayonundakı “AREA” idman kompleksində hərbi birliyin tabeçiliyində olan hərbi hissələr arasında güləşin yunan-Roma və sərbəst növləri, eləcə də cüdo üzrə idman yarışları keçirilib.
2018-ci ilin may ayında Naxçıvanda həyata keçirilən uğurlu hərbi əməliyyat zamanı şəhidlik zirvəsinə ucalmış əsgər Adil Tatarovun 20 yaşının tamam olması münasibəti ilə silsilə tədbirlər keçirilib.
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə hərbi hissələrdə və xüsusi təyinatlı tədris müəssisələrində anım mərasimləri keçirilib.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Nigeriya Federativ Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasına yollanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir.