AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb.
Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bolqarıstan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilib.
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.
Novruz bayramı ərəfəsində Gəncə qarnizonundakı hərbi hissələrdən birində “Ordu gəncləri böyük qüvvədir” adlı kitabın təqdimatı olub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.