Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2019 18:34

Məhkəmə nümayəndələri hərbi qulluqçularla görüşüblər

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Tərtər Hərbi Məhkəməsinin, Gəncə və Şəki Apelyasiya məhkəmələrinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Bərdə Qarnizonunun hərbi hissələrində görüşlər keçiriblər.
Görüşlərdə qarşılıqlı münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.
Şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
 Sonda qonaqlar hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə də tanış olublar.