Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti hərbi hissədə olub 7 May 2019 13:14

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissədə olub.

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib 6 May 2019 18:12

Mayın 6-də Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub 6 May 2019 17:12

Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb - VİDEO 6 May 2019 16:26

Mayın 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gəlib 6 May 2019 09:05

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə mayın 5-də Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən türkiyəli heyətin yola salınması mərasimi keçirilib 5 May 2019 15:25

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.

Müdafiə naziri: “Əsas diqqət döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına yönəldilsin” 4 May 2019 15:35

Mayın 4-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə hərbi hissədə tədbir keçirilib 4 May 2019 14:12

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunun tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib 4 May 2019 11:27

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2019-cu ilin Elmi iş planına uyğun olaraq, Ulu Öndərin 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.

"Azərbaycan Ordusu" qəzeti 4 may 2019-cu il №34 (2351) 4 May 2019 10:14

“Əsgər Bayramı” tədbiri keçirildiAprelin 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Əsgər Bayramı" adlı tədbir keçirildi.