Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib 28 Mart 2019 15:35

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.

Monitorinq insidentsiz başa çatıb 28 Mart 2019 12:12

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 28-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

ƏÜO-da “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin toplantısı keçirilib - VİDEO 27 Mart 2019 17:54

Əlahiddə Ümumqoşun Orduda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlığının artırılması məqsədi ilə növbəti təlim toplantısı keçirilib.

"Azərbaycan Ordusu" qəzeti 27 mart 2019-cu il №23 (2340) 27 Mart 2019 10:43

Topçularımız nəzəri-təcrübi biliklərini daim artırırlarBu gün ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyəyə çatdırılaraq, peşəkarlığın artırılması məqsədilə bütün qoşun xidmətlərində dünyanın ən müasir texnologiyaları tətbiq edilir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 27 Mart 2019 10:12

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 28-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycanın Müdafiə naziri BMT Baş Katibinin müavini ilə görüşüb 27 Mart 2019 00:52

Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua ilə görüşüb.

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb 26 Mart 2019 20:35

Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

Azərbaycanın Müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək 24 Mart 2019 12:14

Martın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək.

Azərbaycan hərbçiləri Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda iştirak edib 23 Mart 2019 14:03

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradı izləyib.

Azərbaycanın Müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb - VİDEO 22 Mart 2019 20:01

Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.