Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2019 11:11

"Azərbaycan Ordusu" qəzeti 8 may 2019-cu il №35 (2352)

Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etmişdir.
Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu:  1918-1920-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu.

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri...davamı








Bir tarix yazıldı 9 may günü

Xalq şairi Səməd Vurğun böyük iftixarla 1945-ci ilin 9 may gününün tarixə qızıl xətlə yazılışını deyirdi. Bu fikir Qələbəni qazananlara ehtiram kimi 74 ildi cəmiyyətin istinad etdiyi fikirlər sırasındadır. Azərbaycanın bu Qələbədə rolu danılmazdır. İstər ittifaq sənayesinin inkişafında, istərsə də insan amilində Azərbaycanın bu qələbə üçün müqayisəyəgəlməz xidmətləri olub.
Qələbəni qazananlar həmişə ehtiramla əhatələnir. Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsi iştirakçıları ilə vaxtaşırı görüşür. Belə bir görüş Qələbə günü ərəfəsində də keçirildi. Əməkdaşlarımız görüşdə iştirak edən veteranlarla söhbətləşib...davamı








Hərbi hissədə viktorina keçirildi

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının "N" hərbi hissəsində "Atalarımıza layiq olaq" adlı viktorina keçirildi. Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edildi. Dövlət himnimiz səsləndirildi.
Tədbiri giriş sözü ilə açan polkovnik Elşad Pənahov yarış iştirakçılarına uğurlar arzuladı. Zabit, həmçinin bildirdi ki, hər bir azərbaycanlı öz tarixini bilməli və adlarını tarixə yazan həmyerlilərimiz barədə məlumatlı olmalıdır. Gənclərin bizim gələcəyimiz olduğunu deyən zabit, ordu sıralarında xidmət edən əsgərlərimizin yüksək bilik və bacarığa malik olmasının vacibliyini vurğuladı...davamı








Fiziki hazırlığımızı da artırırıq

Döyüş hazırlığının ayrılmaz tərkib hissələrindən biri də şəxsi heyətin fiziki hazırlığı və idman normativlərini bacarıqla yerinə yetirməsidir. Təlimlər, məşğələlər və digər fəaliyyətlər bir məqsədə köklənir: döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaq. Bu isə təkcə atəş və taktiki hazırlıqla tamamlanmır. Döyüş hazırlığının yüksəlməsində fiziki hazırlığın da əhəmiyyəti böyükdür...davamı






"Azərbaycan Ordusu" qəzetinin tam variantı