Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2019 10:40

Hərbi hissədə viktorina keçirildi

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının "N" hərbi hissəsində "Atalarımıza layiq olaq" adlı viktorina keçirildi. Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edildi. Dövlət himnimiz səsləndirildi.
Tədbiri giriş sözü ilə açan polkovnik Elşad Pənahov yarış iştirakçılarına uğurlar arzuladı. Zabit, həmçinin bildirdi ki, hər bir azərbaycanlı öz tarixini bilməli və adlarını tarixə yazan həmyerlilərimiz barədə məlumatlı olmalıdır. Gənclərin bizim gələcəyimiz olduğunu deyən zabit, ordu sıralarında xidmət edən əsgərlərimizin yüksək bilik və bacarığa malik olmasının vacibliyini vurğuladı.
Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi Gülxar Məmmədova  keçirilən viktorinanın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Gülxar Məmmədova təşkil olunan bilik yarışının əsas məqsədindən danışdı və qeyd etdi ki, bu cür viktorinalar gənclərimizin intellektual səviyyəsinin və mənəvi-psixoloji ruhunun yüksəlməsində mühüm rol oynayır.
Münsiflər heyəti çıxışını bitirdikdən sonra yarışa start verildi. Gərgin mübarizə şəraitində keçən bilik yarışmasında hərbi qulluqçular öz güclərini sınadılar. Viktorinanın final mərhələsi mayın 10-da Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzində keçiriləcək.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"