AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında Müdafiə naziri ilə görüşüblər.
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu”, “Səhra mətbəxi” və “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak etmək üçün Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb.
Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
“O torpaqlarımızı da işğaldan azad edəcəyik!”Hər dəfə ön xətdə olanda, düşmən tapdağı altında inləyən torpaqları, uçub dağılmış evləri görəndə, Xocalı, Qaradağlı, Ağdaban faciələrini xatırlayanda, zorakılığa məruz qalmış ana və bacılarımızı, tarixi abidələrimizi, milli mənəvi dəyərlərimizi, milli genofondumuzu yadıma salanda qisas hissi məni rahat buraxmır.
Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən gənclərin sağlam ruhda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində maraqlı tədbirlər keçirilib.
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid polkovnik-leytenant Sənan Axundovun anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.