Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2019 18:29

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik düşərgəsində maraqlı tədbirlər keçirilib

Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən gənclərin sağlam ruhda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində maraqlı tədbirlər keçirilib.
Yeniyetmələr üçün düşərgədə istirahət müddətində Quba-Qusar rayonlarının görməli yerlərinə, muzeylərinə ekskursiyalar təşkil olunub, eləcə də onlar hərbi təlimatçıların nəzarəti altında silah və texnika ilə yaxından tanış olmaq, müxtəlif silahlardan atəş açmaq imkanı əldə ediblər.