Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bolqarıstanlı həmkarı ilə görüşüb 11 Mart 2019 21:05

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb.

Təlimə cəlb edilmiş tank bölmələri tapşırıqları yerinə yetirirlər - VİDEO 11 Mart 2019 18:57

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO 11 Mart 2019 17:59

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb - VİDEO 11 Mart 2019 16:16

Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Bolqarıstana rəsmi səfərə yola düşüb 11 Mart 2019 12:35

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bolqarıstan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.

Bakıda NATO-nun təlim kursu keçirilib 11 Mart 2019 11:38

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb 11 Mart 2019 11:20

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

NATO-nun Kodifikasiya Sisteminə qoşulma ilə bağlı tanışlıq görüşü keçirilib 11 Mart 2019 11:12

Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.

“Ordu gəncləri böyük qüvvədir” adlı kitabın təqdimatı olub 11 Mart 2019 11:00

Novruz bayramı ərəfəsində Gəncə qarnizonundakı hərbi hissələrdən birində “Ordu gəncləri böyük qüvvədir” adlı kitabın təqdimatı olub.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 11 Mart 2019 09:30

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.