Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən voleybol birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Voleybol Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri birincilikdə 18 komanda mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışlar 5 gün davam edib. Ümumi nəticələrə əsasən üçüncü yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, ikinci yerdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin voleybol komandası, birinci yerdə isə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları qərarlaşıb.
Qalib komandalara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən diplom və kuboklar təqdim edilib.