Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində növbəti açıq dərs keçirilib.
Naxçıvan şəhərindən 11, 12 və 17 nömrəli, Babək rayonundan Cəhri kənd 1 və 2 nömrəli tam orta məktəblərin hərbi rəhbərləri və yuxarı sinif şagirdləri açıq dərsə cəlb ediliblər. Tədbirdə məktəblilərə Naxçıvan Döyüş Şöhrəti Muzeyində nümayiş olunan və müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilərək döyüş yolu keçmiş eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ötən il 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hazırda 37 adda silah, texnika və qurğu mövcuddur.