Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib 7 Dekabr 2019 12:37

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib 7 Dekabr 2019 12:20

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.

"Azərbaycan Ordusu" qəzeti №95 (2412) 7 Dekabr 2019 10:10

“Hərbi and içəndə qürurlandığımız qədər qürurlandıq...”Azərbaycanda ordu quruculuğu, bu baxımdan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı dönməz, zəruri dövlətçilik proseslərindəndir.

Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib 6 Dekabr 2019 14:57

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatları da qoşulub.

Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO 6 Dekabr 2019 12:27

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq hərbi poliqonda artilleriya ixtisası üzrə təhsil alan dördüncü kurs kursantlarının intensiv hazırlığı həyata keçirilir.

Müdafiə naziri Qətərin yeni təyin olunmuş səfiri ilə görüşüb 6 Dekabr 2019 10:03

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Müdafiə naziri Pakistanın ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb 5 Dekabr 2019 15:15

Dekabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand ilə görüşüb.

Müdafiə naziri cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - VİDEO 5 Dekabr 2019 12:00

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.

Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO 5 Dekabr 2019 10:14

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissəsində olub.

Əlahiddə Ümumqoşun Orduda mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib - VİDEO 4 Dekabr 2019 19:15

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə Türkiyə Respublikasının istehsalı olan mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib.