Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2019 10:10

"Azərbaycan Ordusu" qəzeti №95 (2412)

“Hərbi and içəndə qürurlandığımız qədər qürurlandıq...”

Azərbaycanda ordu quruculuğu, bu baxımdan şəxsi  heyətin döyüş və mənəvi-psixoloji hazırlığı dönməz, zəruri dövlətçilik proseslərindəndir. Döyüş hazırlığı hərbi biliklərin, vərdişlərin aşılanması ilə, müxtəlif miqyaslı təlimlərlə, ideoloji iş və mənəvi-psixoloji hazırlıq üzrə zabitlərin şəxsi nümunəsiylə, ideoloji işin səmərəli təşkiliylə, bu və ya digər mövzuda disputlarla, müzakirələrlə, asudə vaxta müəyyən qədər pedaqoji, didaktik mahiyyət verməklə, əsgər dostluğunun potensialına istinad etməklə formalaşır. Bu vacib amilləri Azərbaycan Prezidentinin, eləcə də Müdafiə nazirinin ön xətdə, səngərlərdə əsgər və zabitlərlə söhbətləri tamamlayır...davamı



Qələbə günü ərəfəsindəyik

Vətənin müqəddəsliyini səngərdə daha dərindən hiss edirsən. Qışın şaxta-boranında, yayın istisində Vətəni müdafiə etməyin verdiyi qürur heç nə ilə əvəz oluna bilməz. O səngərlər ki, Vətənə neçə igid övladlar qazandırıb, o səngərlər ki, neçə şəhidin zirvəyə ucaldığı ünvan olub. Dostluqların möhkəm olduğu məkandır səngər. Səngərdə, döyüş növbətçiliyində əsgər olur, Vətən sevgisi olur, bir də əsgərin silahı. Burada yalnız işğal altında olan torpaqlarımızın azad olunacağı günün döyüşlərində iştirak etmək arzusu var könüllərdə...davamı



“Ağ ölüm”ün qara bəlaları

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Narkomaniya və sərxoşluğa yox deyək!" devizi altında dəyirmi masa keçirildi. Dəyirmi masanın təşkil olunmasında əsas məqsəd ölkə Prezidenti İlham Əliyevin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" haqqında sərəncamından irəli gələn məsələlərin Azərbaycan Ordusunda həyata keçirilməsidir...davamı



“Valideynlərimin qürurlu baxışlarını unutmaram”

Erkən yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyan şəxslərdə Vətən sevgisi yüksək olur və onlar mənəvi dəyərlərə sədaqət ruhunda böyüyürlər. Peşəsinə ürəkdən bağlı olan və nümunəvi xidmət edən bacarıqlı zabitlərimizə hər addımda rast gəlirik. Belə vətənpərvər oğullardan birini ön xətdə yerləşən hərbi bölmədə tanıdım. Tabeliyindəki əsgərlərlə burada yurd salan igidlər düşmən qarşısında inamla dayanırlar. Mövqelərimizi göz bəbəyi kimi qoruyanlarla, düşməni daim nəzarətdə saxlayanlarla birlikdə xidmət edən leytenant Xatir Soltanlıdır...davamı



Asudə vaxt mənəvi-psixoloji hazırlıqda vasitədir

Hərbi hissələrdə günün nizam qaydasına uyğun olaraq, dərs prosesləri bitdikdən sonra gün ərzində əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılır. Asudə vaxt şəxsi heyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətini, dünyagörüşünü yüksəltmək üçün əsas vasitədir. Hərbi hissələrdə asudə vaxtı səmərəli təşkil etmək üçün məqsədyönlü işlər görülür...davamı



Azərbaycan  Xalq Cümhuriyyətinə həsr edilən tədqiqat əsəri

Ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Şüküroğlunun "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu" kitabı Cümhuriyyət Ordusunun yaranması və formalaşması tarixinə, ordu quruculuğu sahəsində görülmüş işlərə, bu mühüm və taleyüklü prosesin dövlət tərəfindən necə qurulmasına həsr edilib. Kitabda, həmçinin Qarabağda, Zəngəzurda və ölkəmizin qərb sərhədlərində erməni təcavüzünün qarşısının alınmasından, Cənub bölgəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, ordumuzun cəsur, vətənpərvər zabit və əsgərlərindən bəhs olunur...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı