Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2019 12:20

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsinin dahi Azərbaycan şairinə verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildiriblər. Qeyd olunub ki tarixi-mədəni irsimizin incilərindən olan Nəsimi yaradıcılığı milli-mənəvi varlığımızın ayrılmaz hissəsi olmaqla yanaşı gələcəyin memarı olan gənclərimizin ömür yolunda mühüm örnəklərdən biridir.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən İmadəddin Nəsimi qəzəllərindən ibarət kompozisiyalar qonaqlara tərəfindən maraqla izlənilib. Dahi ustadın qəzəllərinə bəstələnən mahnılar ifa edilib, şeirlər səsləndirilib.