AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:“general-polkovnik” hərbi rütbəsigeneral-leytenant Kərəm Nəriman oğlu Mustafayevə“general-mayor” hərbi rütbəsipolkovnik Nizami Ağoğlan oğlu Məmmədovapolkovnik Ramil Əlimran oğlu Əsgərova“kontr-admiral” hərbi rütbəsi1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı:
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!Sizi Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünü münasibətilə Şahdağ zirvəsinə “Bir əsr Vətən keşiyində” adlı alpinizm ekspedisiyası təşkil olunub.
Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov “N” nömrəli hərbi hissəsinin yeni inşa edilmiş infrastrukturunun açılışında iştirak edib.
İyunun 24-də Moskva şəhərində Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu da iştirak edib.
2020-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir.
Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.