Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2020 12:59

Azərbaycan hərbçiləri Moskvada keçirilən hərbi paradda iştirak ediblər

İyunun 24-də Moskva şəhərində Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu da iştirak edib.
Tədbirə fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də qatılıb.