Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2020 17:00

Hərbçilərin Şahdağ zirvəsinə alpinizm ekspedisiyası təşkil olunub - VİDEO

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünü münasibətilə Şahdağ zirvəsinə “Bir əsr Vətən keşiyində” adlı alpinizm ekspedisiyası təşkil olunub.
Ekspedisiya çərçivəsində Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev və baş leytenant Ülvi Məmmədli, həmçinin Azərbaycan Alpinizm Federasiyasının alpinisti Nemət Ağayev Quba rayonu ərazisindəki Şahdağ zirvəsinə yürüş ediblər.
Dəniz səviyyəsindən 4243 metr yüksəklikdə yerləşən Şahdağ zirvəsinə qalxan alpinistlər burada Azərbaycan Respublikasının üçrəngli bayrağını, Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.